AZ

Aİ Ermənistana 30 milyon avro vəsait ayırıb

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı Ermənistanın silahlı qüvvələrini dəstəkləmək üçün ölümcül silahlar istisna olmaqla, 30 milyon avro ayırıb.

Banco.az xəbər verir ki, bu  barədə 5 mayda Yerevanda keçirilən ilk Ermənistan-AB sammitindən sonra verilən birgə bəyanatda bildirilib.

Ermənistan hökuməti başçısının saytında dərc olunmuş sənəddə deyilir: "Ermənistanın dayanıqlığını gücləndirmək və Aİ-nin rəhbərlik etdiyi beynəlxalq missiyalar və əməliyyatlarda mümkün gələcək iştirakı üçün silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin təşviq edilməsi məqsədi daşıyan Avropa Sülh Fondu çərçivəsində Ermənistana iki mərhələli 30 milyon avroluq yardımın ayrılmasını alqışlayırıq".

Avropa Sülh Fondu 2021-ci ildə Aİ-nin müdafiə və təhlükəsizlik səylərini, o cümlədən sülhməramlı əməliyyatları maliyyələşdirmək üçün yaradılıb. Lakin Ukraynada münaqişə başlayandan bəri, bu vəsait Aİ üzv dövlətlərinin Ukrayna ordusuna silah təchizatı xərclərini ödəmək üçün istifadə olunur.

Seçilən
0
2
banco.az

6Mənbələr