AZ

9 May öncəsi gərginlik: nüvə təhdidi iddiaları artır

9 May Qələbə Günü ərəfəsində Rusiya-Ukrayna müharibəsi fonunda gərginlik daha da yüksəlir.

Politoloq Elşad Həsənov News365.az-a açıqlamasında mümkün hərbi eskalasiya və nüvə təhdidi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Politoloqun sözlərinə görə, Rusiya bu il 9 May tədbirlərini əvvəlki illərdən fərqli şəkildə keçirməyə hazırlaşır.


Onun bildirdiyinə görə, hərbi texnikanın geniş nümayişi nəzərdə tutulmur, lakin məhdud sayda parad planlaşdırılır və tədbirə xarici nümayəndələrin dəvət olunduğu qeyd edilir.

Eyni zamanda, Vladimir Putin ilə Donald Trump arasında baş tutan telefon danışığında 8-9 may tarixlərində atəşkəs elan olunması ilə bağlı fikir səsləndirildiyi iddia olunur. Lakin Ukrayna tərəfinin, xüsusilə Volodymyr Zelenskyy-nin bu məsələdən kənarda qaldığı vurğulanır.

Həsənov qeyd edir ki, Zelenskinin son bəyanatları vəziyyəti daha da gərginləşdirib. Onun sözlərinə görə, Ukrayna tərəfi 9 May tədbirləri zamanı dronların istifadə oluna biləcəyini istisna etməyib. Bu isə Rusiyanın sərt reaksiyasına səbəb ola bilər.

Politoloq hesab edir ki, əgər Moskvada keçiriləcək tədbirlər zamanı hər hansı hücum baş verərsə, Rusiya tərəfindən daha ciddi addımlar atıla bilər. O, xüsusilə taktiki nüvə silahı ilə bağlı ritorikanın artdığını və bunun beynəlxalq təhlükəsizlik baxımından ciddi risk yaratdığını vurğulayır.

Həsənovun fikrincə, son açıqlamalar və qarşılıqlı ittihamlar regionda vəziyyətin daha da kəskinləşə biləcəyindən xəbər verir.

Seçilən
1
50
news365.az

10Mənbələr