"Tokio Kiyevə hərbi texnika verməyəcək".
"Unikal" xəbər verir ki, bunu Yaponiya parlamentinin üzvü Muneo Suzuki "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
Suzuki qeyd edib ki, "Yaponiya Ukraynaya hərbi məhsullar tədarük etməyən yeganə G7 ölkəsidir".
O, Ukraynaya təchizatla bağlı vəziyyətin gələcəkdə də dəyişməyəcəyini qeyd edib.