Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneo Suzuki bildirib ki, Tokio Kiyevə hərbi məhsul tədarük etməyəcək.
Redaktor.az xəbər verir ki, o, RIA Novosti-yə müsahibəsində qeyd edib ki, Yaponiya “Böyük yeddilik” ölkələri arasında Ukraynaya hərbi məhsul göndərməyən yeganə dövlətdir.
Deputat vurğulayıb ki, gələcəkdə də bu mövqedə dəyişiklik gözlənilmir.
Bundan əvvəl Maria Zakharova açıqlamasında bildirmişdi ki, Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Moskvaya silah və ikili təyinatlı məhsulların münaqişə zonalarına, o cümlədən Ukraynaya göndərilməsinin mümkün olmadığını çatdırıb.
Eyni zamanda, Yaponiyanın Moskvadakı səfirliyi də rəsmi şəkildə Ukraynaya öldürücü silahların verilməsinin nəzərdən keçirilmədiyini açıqlayıb.
NURİYYƏ