ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin müşayiətini nəzərdə tutan “Azadlıq” layihəsinin İranla mümkün yekun razılaşmanın imzalanması üçün qısa müddətə dayandırıldığını açıqlayıb.
Tramp Truth Social hesabında yazıb ki, qərar Pakistan və digər ölkələrin xahişi, həmçinin İranla “tam və yekun razılaşma” üzrə əldə olunan irəliləyiş fonunda qəbul edilib.
“Blokada qüvvədə qalmaqla, ‘Azadlıq’ layihəsinin qısa müddətə dayandırılması barədə qarşılıqlı razılığa gəldik ki, razılaşmanın yekunlaşdırılıb imzalana biləcəyini görək”, — Tramp qeyd edib.
Layihə Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməyi nəzərdə tuturdu.
Aytac
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta