AZ

Serdar Kılıcın İrəvan bəyanatı tənqid olundu: Bu açıqlamalar etimada zərbə vurur

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Türkiyənin Ermənistanla normallaşma prosesində nümayəndəsi, diplomat Serdar Kılıcın söylədiyi fikirlər Azərbaycan-Turkiyə qardaşlığının ruhuna ziddir və xüsusilə belə mürəkkəb tarixi-siyasi yükü olan bir coğrafiyada bu cür məsuliyyətsiz bəyanatlar ciddi məyusluq doğurur”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Azər Niftiyev deyib:

“İlk növbədə qeyd etmək lazımdır ki, normallaşma prosesi özü-özlüyündə həssas və çoxvektorlu siyasi prosesdir. Bu mexanizm emosional və məsuliyyətsiz ifadələrə deyil, dəqiq ölçülmüş, rasional və riskləri əvvəlcədən hesablanmış diplomatik kommunikasiya üzərində qurulmalıdır.

Regionda mövcud olan tarixi yaddaş və qarşılıqlı həssaslıq nəzərə alındıqda bu cür ifadələr tərəflər arasında etimad quruculuğunu gücləndirmək əvəzinə, əlavə suallar və şübhələr yaradır.

Diplomatik etiketlərdə fərdi emosional yanaşma ilə institusional mövqe arasındakı sərhəd dəqiq olmalıdır. Burada problem ondan ibarətdir ki, verilən mesajlar daha çox fərdi təəssürat xarakteri daşıyır və dövlətin uzunmüddətli strateji maraqlarının kommunikativ çərçivəsinə uyğun deyil”.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç bu gün İrəvanda xəbərçilərlə danışarkən deyib ki, özünü evdəki kimi hiss edir. 

Sərhədlərin açılması ilə bağlı suala türk rəsmisi açılış tarixləri barədə heç bir məlumata malik olmadığını, lakin müzakirələrin hələ də davam etdiyini bildirib: “Açılışa hazırlaşırıq, infrastruktur hazırdır, amma həm texniki, həm də bürokratik olaraq hələ də həll edilməli olan bəzi məsələlər var”.

Bir jurnalistin Türkiyənin sərhədi açmaq üçün siyasi iradəsinin olub-olmadığı sualına Kılıç əminliklə bildirib ki, Türkiyənin bu iradəsi 2022-ci ildən bəri mövcuddur.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr