ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Milli Məclisin komitə sədri Fazil Mustafa Milli Onkologiya Mərkəzində qumbara ilə partladılaraq öldürülən həkim-radioloq Asif Nəsirli haqqında yazıb.
Gununsesi.info həmin qeydi təqdim edir: Daha bir həkim ağır bir terror hadisəsi nəticəsində köçdü dünyadan. Tanımırdım. Tanıyanlar söylədi ki, uşaq radiologiyası üzrə azsaylı mütəxəssislərdən biri idi. İnsanlığı, bilgisi, ailə başçılığı da yüksək standartlarda. Övladları başsız qaldı. Müəllimlər, həkimlər əlahiddə peşə sahibləridir. Qorumalıyıq. Dəstək verməliyik. Ən azı təsəlli verməliyik. İndi düşünün onlarla lazımi keyfiyyətdə müalicə ala bilməyəcək xəstə uşağın taleyini…Allah günahlarımızı bağışlasın! Bu dəyərli Vətən övladına Allahdan rəhmət, ailəsinə səbr, bütün vicdanlı həkimlərimizə hüznlə başsağlığı verirəm.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.