“Barselona”nın qapıçısı Voyçex Şesnı karyerasını klubunda davam etdirmək qərarına gəlib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı digər top-klublardan birinin əsas qolkiperi olmaq təklifini rədd edib.
Şesnı üçün sabitlik və ailə həyatı maddi və idman baxımından daha üstün hesab olunur. O, “Barselona”ya 2024-cü ilin payızında qoşulub və bu müddət ərzində bütün turnirlərdə 40 oyuna çıxıb.
Bu matçlarda 53 qol buraxan Şesnı 14 dəfə qapısını toxunulmaz saxlayıb.
36 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.