AZ

Artetadan final şərhi

style='margin-bottom:10px;'>

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında finalına yüksəlməkləri barədə danışıb.

QOL.az xəbər verir ki, London təmsilçisi ötən gecə yarımfinalın cavab matçları çərçivəsində "Bavariya"nı üstələyib - 1:0 (ilk oyun - 1:1). 

Arteta isə bu uğuru belə şərh edib: "Möhtəşəm bir axşamdır. Hamımız birlikdə tarix yaratdıq. Bu uğurda payı olan hər kəs üçün şadam. Tribunalar bizi çox xüsusi və özünəməxsus şəkildə qarşıladı. Stadionda əla atmosfer var idi. Bunun bizm üçün nə qədər əhəmiyyətli olduğunu bir daha başa düşdük. 20 ildən sonra tarixdə 2-ci dəfə Çempionlar Liqasının finalındayıq.

"Klubu məqsədlərinə çatdırmaq öhdəliyimizdə birik. Bəzən uğursuzluqlarımız olub, bu qaçılmazdır. Biz sevgi ilə, həvəslə  çalışdıq və gördüyümüz işə inandıq. Budur, bizi Budapeştdə xüsusi bir gün gözləyir".

Seçilən
92
6
teleqraf.com

10Mənbələr