AZ

Vuçiç Rusiya əleyhinə sanksiyalar buna görə qoşulmayıb: Xəyanət etmiş olardım

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya əleyhinə sanksiyaları dəstəkləməkdən niyə imtina etdiyinin səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, Vuçiç bunun Serbiya xalqının ruhuna xəyanət olacağını bildirib.

“Əgər Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydik, heç kim küçələrə çıxmazdı və mən Qərb üçün ən demokratik prezident olardım. Amma xalqımızın ruhuna xəyanət etmiş olardım”, - Vuçiç deyib.

O, bu qərarı rədd etməklə Serbiya xalqının ruhu uğrunda mübarizə aparmaq istəyini nümayiş etdirdiyini qeyd edib. Respublika prezidenti vurğulayıb ki, onun mövqeyi ölkəyə külli miqdarda maliyyəyə başa gəlib və bir çox fürsəti əldən verib.

Seçilən
44
22
publika.az

10Mənbələr