Yenilənmiş 3-cü Milli Səviyyədə Töhfələr sənədinə əsasən 2035-ci ilə qədər emissiyaları 1990-cı illə müqayisədə 40% azaltmağı biz üzərimizə götürmüşük...
"APA-Eonomics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən "V Aqrobiznesin İnkişafı Forumu"nda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bununla yanaşı uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası hazırlanır.
"Bundan əlavə, ölkəmiz Qlobal Metan Vədi Təşəbbüsünə də qoşulub və 2030-cu ilə qədər metan emissiyaların azalması istiqamətində qlobal səylərə dəstəyini bəyan edib. Bu hədəflərin milli planlaşdırma sənədlərinə inteqrasiyası həyata keçirilməlidir", - deyə o vurğulayıb.
Poliqon.info