AZ

Fərman Həsənov UFC ilə müqavilə imzaladı

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanlı döyüş növləri ustası Fərman Həsənov karyerasında mühüm addım atıb.

İdman.Biz xəbər verir ki, idmançı dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC ilə rəsmi müqavilə imzalayıb.

Bildirilir ki, 5 qələbə və məğlubiyyətsiz seriyası ilə Fərman Həsənov diqqətləri üzərinə cəlb etməyi bacarıb. O, xüsusilə Legacy Fighting Alliance (LFA) turnirlərindəki uğurlu çıxışları ilə seçilib.

Velter çəki dərəcəsində mübarizə aparan azərbaycanlı döyüşçü bundan sonra UFC arenalarında çıxış edəcək və ölkəmizi beynəlxalq səviyyədə təmsil edəcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
icma.az

3Mənbələr