AZ

“Wi Fi oğurluğu” cinayət sayıla bilər hüquqşünasdan açıqlama

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir çox hallarda vətəndaşlar qonşunun və ya ətrafda yerləşən şəbəkələrin internetindən icazəsiz istifadə edirlər.

İlk baxışda bu, sadə və zərərsiz görünsə də, əslində hüquqi məsuliyyət yaradan hallardan biri hesab oluna bilər.

Maraqlıdır, “Wi-Fi oğurluğu” doğrudan da qanun pozuntusudurmu?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, icazəsiz şəkildə başqasına məxsus internet şəbəkəsinə qoşulmaq qanunsuz müdaxilə kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, burada söhbət yalnız internetdən istifadə etməkdən getmir, eyni zamanda şəxsin informasiya sisteminə icazəsiz daxilolma faktı da yaranır.

“Bir çox insanlar düşünür ki, şifrə qoyulmayan Wi-Fi şəbəkəsinə qoşulmaq sərbəstdir. Lakin bu, tam doğru yanaşma deyil. Şəbəkənin açıq olması onun istifadəsinə avtomatik hüquq vermir. Əgər şəbəkə konkret şəxsə və ya quruma məxsusdursa, icazəsiz qoşulma hüquqi məsuliyyət yarada bilər”, – deyə hüquqşünas qeyd edib.

O bildirib ki, belə hallarda məsuliyyətin növü konkret vəziyyətdən asılı olaraq dəyişir. Əgər sadəcə istifadə faktı varsa, bu, inzibati məsuliyyətə səbəb ola bilər. Lakin şəbəkəyə daxil olaraq məlumatların əldə edilməsi, dəyişdirilməsi və ya başqa müdaxilələr baş verərsə, artıq məsələ cinayət məsuliyyəti səviyyəsinə yüksələ bilər.

“Xüsusilə qeyd edilməlidir ki, internet sahibinin adına həyata keçirilən qanunsuz fəaliyyətlər də əlavə problemlər yarada bilər. Məsələn, kənar şəxs sizin Wi-Fi vasitəsilə qanunsuz əməl törədərsə, ilkin araşdırmada məsuliyyət sizin üzərinizə düşə bilər”, – deyə o vurğulayıb.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
50
icma.az

10Mənbələr