Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, axşam saatlarında "KamAZ" markalı yük avtomobili işıqforun qırmızı işığından keçərək digər yük avtomobilinə çırpılıb. Daha sonra minik avtomobillərinə də ciddi ziyan dəyib.
Hadisə zamanı zərbənin gücü o qədər şiddətli olub ki, digər avtomobillərdəki yüklər də yerə tökülüb.
Hadisə şahidləri baş verənləri belə izah ediblər:
"Gəldim işıqforda dayandım. Qəfil arxadan bir maşın çırpıldı mənim avtomobilimə. "KamAZ" idi, əyləcə basıb, amma saxlaya bilməyib. Zərbənin təsirindən mənim maşınım da o biri avtomobillərə dəydi. Heyvanlarıma yem aparırdım, töküldü yola. Sürücünün ayaqları sınmışdı. Apardılar xəstəxanaya".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.