Azərbaycanda strateji valyuta ehtiyatları mayın 1-nə 3,4 faiz və ya 2,9 mlrd. dollar artaraq 87,9 mlrd. dollara çatıb.
Aznews.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O bildirib ki, ölkəmizin strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmətlərin idxalına imkan verir.