AZ

Aqil Qurbanov İstanbulda "SAHA 2026" sərgisində iştirak edir

Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində iştirak edir.

"Far.Az"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, Aqil Qurbanovun rəhbərlik etdiyi heyət Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Miras" şirkətində də görüşlər keçirəcək.

Bu görüşlərdə müdafiə sənayesi məhsullarının istehsalı, texnoloji inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq perspektivləri diqqət mərkəzində olacaq.

Seçilən
40
1
far.az

2Mənbələr