Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Fars Körfəzində yük gəmisinin yerüstü bazalı qanadlı raketlə vurulduğu ehtimal edilir.
Bizimyol.info xəbər verir ki, bu barədə "CBS News" telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, Fransaya məxsus "CGM San Antonio" gəmisinə hücum 5 may axşamı həyata keçirilib. Gəminin heyətindən bir neçə filipinli dənizçi yaralanıb.
Dəniz nəqliyyatının izlənməsi məlumatlarına əsasən, gəmi 5 may günorta vaxtı Dubaya yaxın ərazidə olub, lakin sonrakı hərəkətləri barədə məlumat verilmir.
Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi açıqlayıb ki, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından bu yana Fars Körfəzində 25 gəmi hücuma məruz qalıb.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.