AZ

AMB sədrinin müavini: Bankların kənd təsərrüfatı sektoruna ayırdığı kreditlər 2,1 milyard manata çatıb

Bakı, 6 may, AZƏRTAC

Ölkədə fəaliyyət göstərən banklar tərəfindən kənd təsərrüfatı sektoruna ayrılan kreditlərin həcmi 2,1 milyard manata çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Toğrul Əliyev V Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

“Bankların aqrar portfelinin 82 faizi öz vəsaitləri hesabına, 18 faizi isə dövlət fondları vasitəsilə ayrılmış kreditlərdən ibarətdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kreditlərin həcmi 66 milyon manatı ötüb. Həmçinin Azərbaycan Biznesin İnkişafı Fondu kreditlərinin təqribən 40 faizini aqrar sektora verilmiş kreditlər təşkil edib”,- deyə o bildirib.

Fotoqraf – Səfiyar Məcnun
Operator – Vüsal Tağıyev

 

Seçilən
19
azertag.az

1Mənbələr