AZ

Qeyri neft sektoru ilə bağlı üzücü proqnoz açıqlandı

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadi artımla bağlı proqnozlar aşağı istiqamətdə yenidən nəzərdən keçirilib.

Modern.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov bildirib.

O qeyd edib ki, Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozlarını yeniləyib və buna əsas səbəblərdən biri qeyri-neft ümumi daxili məhsulu üzrə gözləntilərin dəyişməsi olub.

“Fevral ayında açıqlanan proqnozlarda qeyri-neft ÜDM-in ilin sonuna 4 faiz artacağı gözlənilirdi. Lakin may proqnozlarına əsasən bu göstərici 3,2 faiz səviyyəsində qiymətləndirilir”.

O həmçinin vurğulayıb ki, proqnozlara edilən dəyişiklikdə qeyri-neft-kimya sektorundakı vəziyyət və həmin sektorun aktivləri ilə bağlı qiymətləndirmələr də nəzərə alınıb:

“Ümumilikdə qeyri-neft ÜDM üzrə azalma istiqamətində edilən reviziyanın əsas səbəblərindən biri baza effekti ilə bağlıdır. Son iki ay ərzində müşahidə olunan zəifləmənin ilin qalan hissəsində əks istiqamətdə dəyişəcəyi gözlənilir”, - deyə bank rəsmisi əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
12
modern.az

10Mənbələr