AZ

Keti Perri Azərbaycana gələcək

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubileyinə dünya şöhrətli ifaçı Keti Perri oxuyacaq.

"Cebheinfo.az" xəbər verir ki, qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi 25 sentyabr tarixində keçiriləcək xüsusi gecədə minlərlə Formula 1 azarkeşinə unudulmaz şou təqdim edəcək.

Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb.

“Firework”, “Roar” və “Dark Horse” kimi qlobal hitləri ilə yeddi “Diamond” sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

2Mənbələr