AZ

Məhbus yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Cəzaçəkmə müəssisəsində məhbusu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyev sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.

Məlum olub ki, məhkum Nurullah Əkbərli ötən il noyabrın 10-da saxlanıldığı müəssisədə kəsici-deşici alət hazırlayaraq digər məhkum Xəqani Şükürovu şəxsi münasibətlər zəminində qəsdən öldürüb. İlkin iddalara görə buna səbəb zərərçəkənin həmin şəxsi şantaj etməsi olub.

Nurullah Əkbərli elan olunmuş ittihamda özünü təqsirli bilməyib.

Növbəti proses iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrın 10-da, 7 saylı Cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəmnində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib. Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə yekun ittiham elan olunub.

Seçilən
25
3
apa.az

5Mənbələr