AZ

İsrailli general: Biz 1967-ci ildə öldürdüyümüzdən daha çox öldürürük...

Sızdırılmış sənəd İsrail ordusunun İordan çayının Qərb sahilində fəaliyyətinə rəhbərlik edən general Avi Blotun fələstinlilərə yanaşmasını ortaya qoyur...

Der Spiegel nəşri

Herzi Halevi ötən ilin sentyabr ayının əvvəlində Qəzza zolağı ilə sərhəddə yerləşən İsrail yaşayış məntəqələrinin sakinlərinə müraciət edərkən açıq danışmışdı. İsrail ordusunun keçmiş Baş Qərargah rəisi həmin vaxt bildirmişdi ki, öldürülən və ya yaralanan fələstinlilərin sayı artıq 200 min nəfəri keçib. Bu xəbər bütün dünyaya yayılmışdı, ehtimal ki, həm də açıq hərbi qiymətləndirmə ilə müşayiət olunduğuna görə, bu İsrailin “Biz əlcəkləri çıxardıq”, mesajı kimi dəyərləndirildi.

İndi isə informasiya məkanında Haaretz tərəfindən yayımlanan daha bir sitat ortaya çıxıb. Buna əsasən, fələstinlilərin yaşadığı İordan çayının Qərb sahəsinə cavabdeh olan general Avi Blot qapalı müşavirədə belə deyib: “Biz 1967-ci ildən bəri öldürmədiyimiz kimi öldürürük”.

Burada söhbət Altıgünlük müharibəndən gedir. 1967-ci ildə İsrail bu müharibə zamanı, digər ərazilərlə yanaşı, İordan çayının Qərb sahəsini və Şərqi Qüdsü ələ keçirmişdi. Bu gün həmin ərazilərdə təxminən üç milyon fələstinli ilə yanaşı, 700 minə yaxın israilli məskunlaşan yaşayır. Fələstinlilər bu əraziləri paytaxtı Şərqi Qüds olmaqla öz dövlətlərini qurmaq üçün tələb edirlər.

Bundan əlavə, Mərkəzi Komandanlığın rəhbəri bildirib ki, ordu daş atanlara münasibətdə onların kimliyindən asılı olaraq fərqli yanaşma tətbiq edir. Onlara qafrşı fələstinli, ya da yəhudi olmasına görə davranırlar. Generalın sözlərinə görə, daş atanların yaratdığı təhlükə eyni olsa da, İsrail vətəndaşlarına qarşı döyüş sursatı ilə atəş açılması daha ciddi “ictimai nəticələr” doğura bilər. 

Bu kontekstdə hərbi rəhbər “dəqiq aqressivlik” anlayışını seçilmiş çəkindirmə vasitəsi kimi təqdim edib. Nəticə olaraq, son üç ildə İordan çayının Qərb sahəsində 1500 fələstinlinin öldürüldüyü qeyd olunur. Haaretz yazır ki, İsrail ordusu hələlik bu nəşrə rəsmi reaksiya verməyib, lakin sənədin mövcudluğunu da təkzib etməyib.

Eyni zamanda siyasi rəhbərlik İordan çayının Qərb sahəsində israilli məskunlaşmaların genişləndirilməsini təşviq edir. Yeni yolların tikintisi üçün əlavə bir milyard şekel (təxminən 311 milyon avro) ayrılması planlaşdırılır. Bu vəsait yaxın vaxtlarda təsdiqlənmiş yeni məskunlaşmaların nəqliyyat infrastrukturuna qoşulmasına yönəldiləcək. Peace Now bu xərclər paketini tənqid edib.

Fəalların sözlərinə görə, artıq yeni vəsait ayrılmadan əvvəl belə, Benyamin Netanyahu hökuməti dövründə məskunlaşanlar üçün yolların tikintisinə təxminən iki milyard avro sərf olunub. Bu isə ölkənin şəhərlərarası yollar üçün nəzərdə tutulmuş ümumi büdcəsinin təxminən 30 faizini təşkil edir, halbuki bu yollar əhalinin cəmi 3 faizinə xidmət edir.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr