AZ

"Seçki populyarlığı naminə bizi aşağılamayın" — Belarus XİN Ermənistanın şok ittihamlarına cavab verdi

Belarus Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin "qeyri-dost hərəkətləri" ilə əlaqədar rəsmi İrəvana kəskin etirazını bildirib.

Musavat.com xəbər verir ki, Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Sarkisyan nazirliyə çağırılaraq ona rəsmi etiraz notası təqdim edilib. Qalmaqala səbəb Ermənistan parlamentinin spikeri Alen Simonyanın "Ermənistan Belarus kimi quberniyaya çevrilməməli və o cür idarə olunmamalıdır" ifadəsi olub.

Belarus XİN-in mətbuat katibi Varankov bu çıxışı kəskin tənqid edərək, erməni rəsmisinin sözlərini "seçkiqabağı populizm" və Ermənistanın daxili problemlərindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib. Varankov vurğulayıb ki, Belarus öz xarici siyasətini və Rusiya ilə müttəfiqlik münasibətlərini tam müstəqil şəkildə müəyyən edir. Rəsmi Minsk hesab edir ki, suveren bir dövlətin dövlət quruluşunu və idarəetmə modelini aşağılayıcı şəkildə müqayisə etmək diplomatik etiketə tamamilə ziddir. Bu hadisə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirib. Ekspertlər qeyd edirlər ki, İrəvanın Belarusun ünvanına işlətdiyi bu kəskin ifadələr faktiki olaraq iki ölkə arasındakı diplomatik körpüləri yandırır.

Musavat.com

Seçilən
1
1
musavat.com

10Mənbələr