ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 may AZƏRTAC
Kitabda yalnız şəxsi xatirələr deyil, eyni zamanda, Azərbaycan futbolunun müxtəlif dövrlərinə dair maraqlı məqamlar yer alıb. Ümid edirəm ki, nəşr həm futbol ictimaiyyəti, həm də gənc nəsil üçün faydalı və maraqlı olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri veteran futbol həkimi, Azərbaycanın Əməkdar həkimi Boris Xetaqurov "50 il futbolda" kitabının təqdimat mərasimi zamanı deyib.
Boris Xetaqurov uzun illərdir fəaliyyəti barədə kitab çap etdirmək istədiyini və burada “Neftçi”də keçirdiyi günlərlə bağlı xatirələrini oxucularla bölüşmək niyyətində olduğunu dilə gətirib: “İlk öncə kitabı yalnız Azərbaycan dilində çap etdirmək istəyirdik, amma Qazaxıstan, Rusiya və digər ölkələrdən gələn müraciətlərdən sonra onu xarici dillərdə də nəşr etdirməyə qərar verdik. Kitabın ərsəyə gəlməsində futbol veteranlarının böyük rolu oldu və buna görə onlara təşəkkür edirəm. Onlar xatirələrimi canlandırmağımda mənə kömək etdilər. Həmkarlarım da sağ olsunlar ki, mənim haqqımda xoş sözlər söyləyiblər”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.