AZ

NBA-də məşhur basketbolçu 50 000 dollar cərimələndi


Milli Basketbol Assosiasiyası (NBA) “Boston”un hücumçusu Ceylen Braunu hakimləri tənqid etdiyinə görə 50 min dollar cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBA-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, birinci turun pley-off seriyasının 7-ci oyununda “Boston”un “Filadelfiya”ya 100-109 hesabı ilə məğlub olmasından sonra Braun hakimliklə bağlı tənqidi fikirlər səsləndirib. Xüsusilə, o, hakimləri ona qarşı qərəzli olmaqda günahlandırıb. Braun həmçinin sosial mediada canlı yayımlarında hakimləri tənqid edib.
Seçilən
21
1
yeniavaz.com

2Mənbələr