AZ

Pakistanın baş naziri Trampa təşəkkür edib

Şəhbaz Şərif ABŞ prezidentinin Ormuz boğazında “Azadlıq Layihəsi” əməliyyatını dayandırmaq qərarını “vaxtlı və cəsarətli” adlandırıb...

Poliqon xəbər verir ki, Pakistanın baş naziri Şəhbaz Şərif ABŞ prezidenti Donald Trampın Ormuz boğazında “Azadlıq Layihəsi” əməliyyatını dayandırmaq qərarına görə minnətdarlığını bildirib.

Şərif bu addımı “vaxtlı və cəsarətli” adlandıraraq, bunun Pakistanın və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra region ölkələrinin müraciətlərinə cavab olduğunu vurğulayıb. Baş nazir bu prosesdə “Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın mühüm rol oynadığını” qeyd edib.

Qeyd edək ki, Tramp administrasiyası əvvəllər İranın nüvə proqramı ətrafında artan gərginlik fonunda Ormuz boğazında hərbi əməliyyat keçirməyi planlaşdırırdı. Bölgə ölkələrinin təzyiqindən sonra ABŞ həmin planı müvəqqəti olaraq dayandırıb.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr