AZ

Heç kim dişsiz qalmayacaq Bunun da dərmanı tapıldı

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Kyoto Universitetinin tədqiqatçıları dişlərin yenidən çıxmasını təşviq edən dərmanın insanlar üzərində sınaqlarına keçiblər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yapon alimləri itirilmiş dişlərin bərpasına kömək edə biləcək bir dərmanı  2030-cu ilə qədər satışa çıxarılacağını açıqlayıblar. 

İnsan bədənindəki ən sərt quruluş olan diş minası, sınıq sümüklərdən fərqli olaraq özünü bərpa edə bilmir.

Lakin, bu yeni hazırlanmış müalicə üsulu diş itkisinə qarşı mübarizədə inqilab etmək potensialına malikdir. Kyoto Universitetində hazırlanan dərman, "USAG-1" adlı bir zülalın təsirini bloklamağa yönəlib. 

Xərçəng müalicəsində tez-tez istifadə olunan monoklonal antikor texnologiyasından istifadə edərək yeni bir formula hazırlanmışdır.

Müalicə, USAG-1 ilə sümük inkişafında iştirak edən zülallar arasındakı qarşılıqlı təsiri kəsərək bədənin diş bərpası mexanizmini aktivləşdirməyi hədəfləyir.

Heyvan təcrübələrində yeni dişlərin əmələ gəlməsinin uğurla müşahidə edildiyi açıqlanıb.  Dərmanın insanlar üzərində ilk klinik sınaqları 2024-cü ilin sentyabr ayında başlayıb.

Tədqiqat qrupu, klinik sınaqların planlaşdırıldığı kimi davam edəcəyi təqdirdə, dərmanın 2030-cu ilə qədər geniş şəkildə əldə edilə biləcəyini təxmin edir.

"Siz deyirdiniz ki, Azərbaycan Ermənistan ordusunun məsuliyyəti altında olan ərazilərdən səddi keçib. Bununla fraksiyanızın rəhbərinin (Seyran Ohanyan - red.) sözlərinə istinad edirsiniz. Niyə fraksiyanızın rəhbəri konkret ərazilərdən danışmır? Məsələn, Cəbrayıl istiqamətində oğlunun hansı məsuliyyət daşıdığını demir?"

"Unikal" xəbər verir ki, bunu erməni deputat Vahaqn Aleksanyan müxalifətdəki həmkarlarının ittihamlarına cavab olaraq deyib. 

Onun sözlərinə görə, Cəbrayıldakı tank alayının komandiri Seyran Ohanyanın oğlu idi: "Çox şübhəli bir dövrdə qəribə bir yara alıb qoşunlarını geridə qoyaraq getdi.

Oğullarınızdan heç biri o müharibədə vuruşmayıb. Liderinizin nəvələri Amerikada necə doğulubsa, orada da qalacaqlar". 

Ağarza Elçinoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
8
unikal.az

9Mənbələr