AZ

Tehran Yaxın Şərqdə yeni təhlükəsizlik strukturu qurmaq istəyir

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə danışıqlarda Yaxın Şərq regionunda təhlükəsizliyin təmin edilməsi üçün yeni strukturun yaradılmasının vacibliyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin XİN məlumat yayıb.

Xarici siyasət idarəsinin saytında dərc olunan məlumatda deyilir: "Əraqçi bəyan edib ki, İran balanslaşdırılmış inkişafı və təhlükəsizliyi təmin etməyə qadir olan yeni müharibədən sonrakı regional strukturun yaradılmasını dəstəkləyir".

Əraqçinin dəqiqləşdirdiyi kimi, Tehran Çin Xalq Respublikasının Sədri Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə irəli sürdüyü təklifləri yüksək qiymətləndirir və dəstəkləyir. Diplomata görə, İran Çinin mövqeyini, onun konstruktiv yanaşmasını və vəziyyətin deeskalasiyası naminə göstərdiyi yorulmaz səyləri dəstəkləyir. İran XİN rəhbəri qeyd edib ki, Pekin İran tərəfinin strateji tərəfdaşıdır; Tehran dəyişməz olaraq "vahid Çin" prinsipinə sadiqdir, ÇXR-i öz fundamental maraqlarının qorunmasında dəstəkləyir və bütün səviyyələrdə təmasları gücləndirməyə, əməkdaşlıq potensialını reallaşdırmağa, eləcə də qarşılıqlı güclü dəstək nümayiş etdirməyə hazırdır.

Əraqçi çoxtərəfli formatlarda Çin tərəfi ilə təmasları və koordinasiyanı gücləndirməyə hazır olduğunu ifadə edib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
icma.az

3Mənbələr