AZ

Sumqayıtda zəncirvari qəza oldu

Sumqayıtda zəncirvari qəza olub, dörd avtomobil toqquşub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Belə ki, iki "Opel", bir "BYD" və bir "Chevrolet" markalı minik avtomobili toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
4
metbuat.az

5Mənbələr