AZ

“Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub” - Mirzoyan

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa da, iki ölkə arasında artıq sülh bərqərar olub”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Yerevan Dialoqu" konfransında çıxışı zamanı deyib.

"Artıq əsl sülhümüz var. Azərbaycanla sərhəddə heç bir atışma hadisəsi baş verməyib. Üstəlik, Azərbaycan öz ərazisindən Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, artıq sülhə doğru böyük bir addımdır. Biz həmçinin Azərbaycanla ikitərəfli ticarətə başlamışıq, Azərbaycandan neft məhsulları alırıq və bəzi malları Azərbaycan şirkətlərinə də satacağıq. Bu, həqiqətən də sülhün sübutudur. Deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Çox qanlı münaqişəmiz olub, yaralarımız çox təzədir və hər iki xalqın hələ də əsl barışığa ehtiyacı var. Xüsusilə humanitar xarakterli həll olunmamış məsələlər var", - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
3
missiya.az

9Mənbələr