AZ

Məşhur restoran acgöz müştərilərinə cərimə tətbiq edəcək

İspaniyanın Gelves şəhərciyində "Sushi Toro" restoranı maraqlı qərarla gündəmə gəlib. “All-you-can-eat” (yəni “istədiyin qədər ye”) sistemi ilə çalışan restoran, yeməkdə ölçünü aşan müştərilərə qarşı yeni qayda tətbiq edib.

"Unikal" "The Mirror" nəşrinə istinadən xəbər verir ki, restoran “qusma haqqı” adlı cərimə tətbiq edib.

Belə ki, müəssisədə həddindən artıq yeyib ürəyi bulanaraq qusan müştərilər əlavə ödəniş etməli olacaqlar. Son aylarda müştərilərin “özlərini saxlaya bilməyib həddindən artıq yeməsi” və nəticədə belə hallar yaşanmasının artdığı bildirilir.

Restoran rəhbərliyi qeyd edib ki, bu hallar həm masalarda, həm də tualetlərdə problemlər yaradır, personal üçün çətinliklərə və gigiyena ilə bağlı narahatlıqlara səbəb olur.

“Ənənə və innovasiyanın birləşməsi” şüarı ilə fəaliyyət göstərən "Sushi Toro" təzə məhsullarla hazırlanan və xüsusi texnologiyalarla təqdim olunan “açıq bufet” menyusu təklif edir. Qiymətlər isə gün və saatdan asılı olaraq 16,90 avrodan 23,90 avroya qədər dəyişir.

Seçilən
18
2
unikal.az

3Mənbələr