AZ

Polşa kəşfiyyatı həyəcan təbili çalır: “Rusiya və Belarus görünməmiş dərəcədə aktivləşib”

Polşanın daxili təhlükəsizlik xidməti – Agencja Bezpieczeństwa Wewnętrznego (ABW) ölkədə xarici kəşfiyyat fəaliyyətinin ciddi şəkildə artdığı barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın nüfuzlu nəşri olan "Rzeczpospolita" gizli hesabatdan məlumat yayıb.

Məlumata görə, ABW-nin hesabatında xüsusilə Rusiya və Belarus xüsusi xidmət orqanlarının Polşada fəallığını artırdığı bildirilir. Hesabatda qeyd olunur ki, xarici agentura şəbəkələri yalnız hərbi və siyasi məlumat toplamaqla kifayətlənmir, eyni zamanda dezinformasiya kampaniyaları, iqtisadi təsir əməliyyatları və strateji obyektlərə yönəlmiş fəaliyyətlər də həyata keçirirlər.

Polşa təhlükəsizlik strukturları hesab edir ki, Ukrayna müharibəsi fonunda ölkənin NATO və Avropa Birliyi üçün ön cəbhə dövlətinə çevrilməsi xarici kəşfiyyat xidmətlərinin marağını daha da artırıb. Xüsusilə hərbi logistika, enerji infrastrukturu və dövlət idarəetmə sistemləri əsas hədəflər sırasında göstərilir.

ABW hesabatında kibertəhlükələrə də geniş yer ayrılıb. Bildirilir ki, son aylarda Polşanın dövlət qurumlarına və strateji müəssisələrinə qarşı kiberhücumların sayı ciddi şəkildə çoxalıb. Bu hücumların bir hissəsinin xarici dövlət strukturları ilə əlaqəli olduğu ehtimal edilir.

Polşa mediası yazır ki, rəsmi Varşava artıq daxili təhlükəsizlik tədbirlərini gücləndirmək, əks-kəşfiyyat fəaliyyətini genişləndirmək və kritik infrastrukturu əlavə müdafiə mexanizmləri ilə təmin etmək istiqamətində addımlar atır.

Musavat.com yazarının fikrincə, Şərqi Avropada geosiyasi gərginliyin artması fonunda Polşa yaxın illərdə də xarici xüsusi xidmət orqanlarının əsas hədəflərindən biri olaraq qalacaq.

Musavat.com

Seçilən
33
16
musavat.com

10Mənbələr