Respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da şəhidlik zirvəsinə ucalan qəhramanlarımıza və onların ailə üzvlərinə göstərilən diqqət davam etdirilir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində öz canı və qanı bahasına ölkəsini, ərazi bütövlüyünü, vətənini müdafiə edən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə orden və medallarla təltif olunan igidlərimizin anım günləri Abşeron rayonunda qeyd edilib.
O cümlədən şəhidlərimiz - Ayaz İmanzadənin, Elyar Vəliyevin, Əli Ələkbərovun, Fariz Həsənovun, Elyar Vəliyevin, Kamran Kazımovun, Ramiq Ağayevin, Fərrux Bayramovun, eləcə də RİH-in əməkdaşı olmuş şəhid Ramil Ağayevin övladının doğum günlərində ailələrə baş çəkilib.
Şəhidlərimizin anım günlərində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi ilə ölkəmizin misilsiz uğurlar qazandığı qeyd olunub. Bildidirilib ki, Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri, o cümlədən soydaşlarımızın öz yurdlarına geri dönməsi Qarabağa həyatı yenidən qaytarıb. Vurğulanıb ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.