ain.az, Bizim media saytına istinadən bildirir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 210,6 milyon manatdan çox olub, proqnozdan əlavə 117,9 milyon manatdan çox vəsait ödənilib.Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.Məlumata görə, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 485,5 milyon manata yaxın təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 78,5 milyon manata yaxın olub, proqnozdan əlavə 3,3 milyon manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 61,3 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 339,8 milyon manatdan çox olub, proqnozdan əlavə 9,9 milyon manata yaxın vəsait ödənilib. eyri-büdcə təşkilatları üzrə daxilolmalar 229,1 milyon manatdan çox olub.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.