Ötən gün axşam saatlarında Bakının Binəqədi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Unikal”-a istinadən xəbər verir ki, qəza Biləcəri qəsəbəsinin Rəşid İsmayılov küçəsində qeydə alınıb.
Hadisə zamanı “Kamaz”, “Mercedes”, “Honda” , “Lexus” və “Prado” markalı avtomobillər toqquşub.
Qəzada xəsarət alan “Kamaz”ın sürücüsü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
