AZ

Özcan Dəniz Bakıda konsert verdi

Məşhur türk müğənni və aktyor Özcan Dəniz Bakıya səfər edib.

Musavat.com xəbər verir ki, Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Özcan Dəniz dördüncü dəfə Bakıda konsert proqramı ilə çıxış edib.

Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən sənətçi gecə boyunca həm köhnə, həm də yeni repertuarından mahnılar təqdim edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb.

Konsert zamanı sənətçi tamaşaçılarla səmimi ünsiyyət qurub, Bakıdakı sevgi və dəstəyə görə minnətdarlığını ifadə edib.

Könül
Musavat.com  

Seçilən
2
10
musavat.com

10Mənbələr