AZ

AQTİ-nin departament direktoru vəzifəsindən azad edildi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) departament direktoru vəzifəsindən azad edilib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili departamentinin direktoru Ziyabəddin Hüseynov öz ərizəsi ilə işdən çıxıb.
 
Eyni zamanda departamentin bir neçə əməkdaşının da işdən çıxarıldığı bildirilib.
 
 
Qeyd edək ki, bir neçə gün əvvəl AQTA-nın Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri Töhfə Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
 
Seçilən
10
3
moderator.az

4Mənbələr