ain.az, Axar.az portalına istinadən məlumat verir.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan keçmiş siyasi sistemi tənqid edib.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
O bildirib ki, 2018-ci ilə qədər ölkədə siyasi proseslərin müstəqilliyi sual altında olub:
“Həmin zaman seçkilərin saxtalaşdırıldığı deyilirdi. Rusiya Ermənistandakı seçkinin nəticələri açıqlanmamış (Serj Sərkisyanı – red.) təbrik edir, bu da siyasi proseslərə xarici təsirin olduğu barədə iddiaları gücləndirirdi. Ümumi siyasi qərarların kənar təsirlərlə formalaşdığı bildirilirdi”.
Qeyd edək ki, 2018-ci ildə Serj Sərkisyan prezidentlikdən sonra baş nazir oldu, amma etirazlar səbəbindən istefa verdi və Nikol Paşinyan hakimiyyətə gəldi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.