""Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur" - Deputatdan etiraz
""Montin", "Varovski" və "Razin" kimi adlar hələ də işlədilir. Məsələn, reklam edilir ki, tədris kursu “Montin”də yerləşir. Halbuki bu adda yer yoxdur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
"Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndininin adını dəyişdirdik, "Çənlibel" adlandırıldı. Halbuki ikisi də türk mənşəli addır. Kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər", - deyə deputat bildirib.
aia.az