AZ

Ziyabəddin Hüseynova yüksək vəzifə verildi Foto

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ziyabəddin Hüseynov Sahibkarlıq Subyektlərinin Elektronlaşdırılması və Sanitar Nəzarət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.

Axar.az Report-a istinadla xəbər verir ki, mərkəzin fəaliyyəti sahibkarlıq subyektlərinin daha şəffaf və səmərəli iş rejiminin yaradılması üçün Elektron QR məlumatlandırma sisteminin qurulması və nəzarətinin aparılmasını təmin etməkdir.

Bu platformada yoxlama-nəzarət tədbirləri zamanı və müştəri şikayətləri olduqda tələb olunan bütün məlumatların bir elektron mərkəzdə toplanaraq əlçatanlığının təmin edilməsi mümkün olacaq.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xidmətlərin təşkili departamentinin direktoru Ziyabəddin Hüseynov öz ərizəsi ilə işdən çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
axar.az

6Mənbələr