AZ

” Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq” –SEPAH bəyanat yaydı

Hörmüz boğazı vasitəsilə sabit və təhlükəsiz gəmiçilik ABŞ təhdidlərinin zərərsizləşdirilməsindən sonra təmin ediləcək.

Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyanat yayıb.

Bəyanatda Fars və Oman körfəzlərində üzən gəmilərin kapitanlarına və sahiblərinə yeni qaydalara əməl etdiklərinə görə təşəkkür edilib.

“Təcavüzkarın təhdidləri zərərsizləşdirildikdən və yeni protokollar tətbiq edildikdən sonra Hörmüz boğazından təhlükəsiz və sabit keçid təmin olunacaq”, – bəyanatda deyilir.

Qeyd olunub ki, SEPAH son vaxtlar boğazdan mülki gəmilərin təhlükəsiz keçidi üçün yeni qaydalar müəyyən edib.

Eyni zamanda, SEPAH xəbərdarlıq edib ki, regionda ABŞ hərbi qüvvələri üçün silah və sursat daşıyan gəmilərin hərəkətinin qarşısı alınacaq.

AzPost.az

Seçilən
10
4
azpost.info

5Mənbələr