AZ

Tehranda ticarət mərkəzində yanğın: 8 nəfər ölüb

İranın paytaxtı Tehran şəhərində yerləşən ticarət mərkəzində baş verən yanğın faciə ilə nəticələnib.

Far.Az xəbər verir ki, şəhərin Şəhriyar bölgəsində qeydə alınan yanğın zamanı 8 nəfər həyatını itirib, 36 nəfər isə xəsarət alıb.

Yaralıların xəstəxanalara yerləşdirildiyi bildirilir. Hadisə yerinə xilasedici qüvvələr cəlb olunub və yanğın söndürülüb.

Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
15
far.az

1Mənbələr