AZ

“Neftçi”nin müdafiəçisi: “Bir az da dişimizi sıxaq, məqsədə çatacağıq”

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Belə meydanda, çətin şəraitdə qələbə qazanmaq sevindiricidir. Futbolçular əziyyət çəkdilər". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Elvin Bədəlov deyib. Müdafiəçi "Karvan-Yevlax"a üç cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının 30-cu turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "Oyunçularımız sonadək mübarizə apardılar. Həm böyük hesablı qalibiyyət əldə etdik, həm də qol buraxmadıq. Bu məni daha da sevindirir. İnanıram ki, növbəti növbəti matçlarda da qapımızda qol görməyəcəyik. Əvvəlki matçlara baxanda komandada artım var. Bunu hiss edirik. Oyunçular bir-birini daha yaxşı başa düşür. İnanıram ki, son matçlarda da belə çıxış etsək, məqsədimizə çatacağıq".Bədəlov onları çətin qrafikin gözlədiyini sözlərinə əlavə edib: "Komandamıza inanıram. Belə davam etsək, problem olmayacaq və məqsədimizə çatacağıq. Bir az da dişimizi sıxaq. Son üç oyunumuz qalıb. Meydanda maksimumuzu qoymalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
sport24.az

1Mənbələr