AZ

Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib

Bakı Fond Birjası (BFB) tərəfindən yenilənmiş “Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları” 6 may 2026-cı il tarixindən etibarən rəsmi olaraq qüvvəyə minib.

Kommersant.az bunu BFB-yə istinadən xəbər verir.

Qeyd edək ki, yenilənmiş qaydalar kapital bazarlarında daha çox şəffaflıq, yeni imkanlar və beynəlxalq standartlara uyğunluğu təmin edir.

Əsas dəyişikliklər aşağıdakıları əhatə etmişdir:

Listinq tələbləri təkmilləşdirildi – bazarın inkişafı və likvidlik artırılır

Yeni “İnkişaf Bazarı” seqmenti yaradıldı – real sektor şirkətləri üçün yeni imkanlar təqdim edilir

Açıqlanma tələbləri gücləndirildi – daha şəffaf məlumat axını təmin edilir

Delistinq prosedurları dəqiqləşdirildi – investorların maraqları qorunur.

Yenilənmiş qaydaların tətbiqi Azərbaycanın kapital bazarının dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.

Seçilən
16
1
kommersant.az

3Mənbələr