AZ

Məşhur psixoterapevt: “İnsanlar çox vaxt istədiklərini yazır...”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Rəqəmsal mühitdə insanlar çox vaxt istədiklərini yazır, bəzən isə kimlərəsə qarşı qərəzli fikirlər də ifadə edirlər. 

Bu cür yanaşmalar isə istər-istəməz cəmiyyətdə müqəddəs sayılan peşələrin nüfuzuna zərər vurur. Bu isə qəbulolunmazdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib. 

O qeyd edib ki, bu gün həkimlik peşəsinin dəyərdən salınması cəmiyyət üçün ciddi itkilərə gətirib çıxara bilər, hətta gələcək üçün risk yaradar: 

“Həkimlərə, müəllimlərə və hərbçilərə qarşı daha həssas və diqqətli yanaşmaq vacibdir, çünki bunlar cəmiyyətin əsas dayaqlarıdır. Həkimi hədəf almaq, əslində, insanın öz sağlamlığını riskə atması deməkdir. Rəqəmsal mühitdə tez-tez insanlar fərdi narazılıqlarını ümumiləşdirərək təqdim edirlər. 

Ola bilər ki, hansısa konkret həkimlə bağlı xoşagəlməz təcrübə yaşansın, amma bu, bütün həkimlərə şamil edilə bilməz. Hər hansı problem yarandıqda onun həlli üçün hüquqi yollar mövcuddur və məsələlər bu çərçivədə həll oluna bilər. 

Sağlam psixoloji yanaşma da məhz emosiyadan çox hüquqa və obyektivliyə əsaslanır. Gələcək qurmaq istəyiriksə, sağlam düşüncə və sağlam münasibətlərin formalaşması əsas şərtdir”. 

Gülər 

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr