ain.az, Ayna saytına istinadən bildirir.
“Pekin Tehranın Vaşinqtonla münaqişəni diplomatik yollarla həll etmək istəyini dəstəkləyir”
“Çin hakimiyyəti İranın milli suverenliyinin qorunması səylərini və Tehranın Vaşinqtonla münaqişəni diplomatik yollarla həll etmək istəyini dəstəkləyir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin xarici işlər naziri Vanq Yi Pekində iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə deyib.
Vanq Yi bildirib ki, "Çin İranı milli suverenliyinin və təhlükəsizliyinin qorunmasında dəstəkləyir və İranın ABŞ ilə münaqişəyə diplomatik kanallar vasitəsilə siyasi həll yolu axtarmaq istəyini yüksək qiymətləndirir".
Çin xarici işlər naziri bildirib ki, Pekin ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcından bəri Tehran və Vaşinqton arasında danışıqları fəal şəkildə təşviq edib. O Çin lideri Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin bərpası təşəbbüsünü xatırladıb və deyib ki, bu təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.