AZ

Toyuğu isti su ilə əridirsiniz? Bu məlumatdan sonra fikriniz dəyişəcək

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Toyuq alan bir çox insan onu dərhal istifadə etməyəcəksə, dondurucuda saxlayır. İstifadə zamanı isə əridərək yeməyə hazır hala gətirir.

Bəs dondurulmuş toyuq necə düzgün əridilməlidir?

Ölkə.az xəbər verir ki, dondurulmuş toyuğu əridərkən üstünlük verilə biləcək müxtəlif üsullar var. Lakin bu üsullardan bəziləri tövsiyə edilmir. Əslində, onun bu şəkildə əridilməsinin lazım olmadığı bildirilir. Çünki bəzi üsullar qida təhlükəsizliyi baxımından risk yarada bilər.

Dondurucudan çıxarılan dondurulmuş toyuq birbaşa isti suya məruz qalmamalıdır. Bu, toyuğun xarici səthinin tez qızmasına səbəb olduğundan, bakteriyaların çoxalması üçün uyğun bir mühit yarada bilər. Buna görə də, dondurulmuş toyuğu isti suya məruz qoymaq tövsiyə edilmir.

Donmuş toyuğu ən təhlükəsiz şəkildə soyuducuda əridə bilərsiniz. Bu üsul daha uzun vaxt aparsa da, qida təhlükəsizliyi baxımından daha düzgündür. Bunun üçün toyuğu dondurucudan çıxarıb soyuducuya yerləşdirirsiniz və o, tədricən ərir.

Bundan əlavə, donmuş toyuğu soyuq su ilə də əridə bilərsiniz. Bu zaman toyuq soyuq su ilə doldurulmuş qabın içinə qoyulur. Lakin su isindikcə onu yenidən soyuq su ilə əvəz etmək lazımdır.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
2
olke.az

3Mənbələr