ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib.
Daha sonra Ayxan Vəlizadə sərbəst ifadə verərkən hadisəni ailə-məişət məsələləri zəminində törətdiyini vurğulayıb:
"Ailədə həmişə söz söhbət salırdı atam. Anamı həmişə döyürdü, onun bu əməlinin qarşısını ala bilmirdik. Bacıma da bir neçə dəfə əl qaldırmışdı. Anama həmişə iftira atırdı ki, xəyanət edirsən. Biz bacı-qardaş anamızı müdafiə edəndə bizi də ona qatırdı. Hadisə günü evə gələndə gördüm ki, yenə hay-küy salıb. Bacıma deyinirdi, anam müdafiə edəndə yenə əl qaldırdı ona. Bıçağı götürüb bacıma hücum çəkəndə anam bıçağı aldı ondan, əli kəsilmişdi. Nə oldu ondan sonra oldu, mən necə vurmuşam onu xəbərim olmayıb".
Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsinin "Gülçülük sovxozu" ərazisində baş verib.
Qəsəbə sakini 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. /oxu.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.