AZ

Riad Rəfiyev 5 oyunluq cəzalandırıldı, "Sumqayıt" cərimələndi

AFFA İntizam Komitəsi "Sumqayıt"ı prezidenti və baş məşqçisinə görə cəzalandırıb.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Kəpəz"ə qarşı Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.

Oyun bitdikdən sonra "kimyaçılar"ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub. O, ikisi şərti olmaqla 5 oyunluq cəza ilə üzləşib. Klub buna görə 5 min manat cərimələnib.

Komandanın baş məşqçisi Saşa İliç də sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə alıb. O, növbəti 2 görüşdə texniki zonada yer almayacaq və klub buna görə 5 min manat ziyana düşüb.

Seçilən
0
9
fanat.az

10Mənbələr