AZ

AFFA "Sumqayıt"ı cərimələdi

AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib.

Ucnoqta.az xəbər verir ki, buna "Kəpəz"ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.

Qarşılaşma bitdikdən sonra klub prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub. O, ikisi şərti olmaqla beş oyunluq cəza ilə üzləşib. "Kimyaçılar"a buna görə 5000 manat cərimə tətbiq edilib.

Komandanın baş məşqçisi Saşa İliç də sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə alıb. O, növbəti iki görüşdə texniki zonada yer almayacaq və klub buna görə 5000 manat ziyana düşüb.

Seçilən
0
9
ucnoqta.az

10Mənbələr